İlk reklamınızı bir neçə addımda yaradın

Google Ads biznesinizin unikal cəhətlərini dünyaya göstərməyi asanlaşdırır, siz isə təklif etdiklərinizi axtaran müştərilərə yetişmək imkanı əldə edirsiniz.

İndi başlayın

Addım 1

Harada reklam yerləşdirəcəyinizi qərara alın

Qlobal olun və ya yerli qalın. Reklamlarınızı harada göstərməyə siz qərar verirsiniz, biz isə onları düzgün insanlara təqdim edirik.

Daha çox məlumat almaq istəyirəm

addım 2

Mesajınızı yaradın

Müştəriləri həvəsləndirmək üçün 3 qısa cümlə ilə biznesiniz haqqında ən yaxşı xüsusiyyətləri vurğulayın. Yaxud, şəkillər əlavə etməklə cəlbedici banner reklamları yaradın.

Daha çox məlumat almaq istəyirəm

Addım 3

Büdcə limitinizi təyin edin

Təyin etdiyiniz aylıq limitdən çox haqq ödəməyəcəksiniz və istədiyiniz zaman tənzimləmələr və ya pauza edə bilərsiniz. Bundan əlavə, büdcəniz üçün təxmini nəticələri göstərəcəyik.

Daha çox məlumat almaq istəyirəm

Addım 4

Canlı yayımlayın

İnsanlar təklif etdiyinizə bənzər məhsul və xidmətlər axtardıqda reklamlarınızı göstərəcəyik. Reklamlarınız Google Axtarışda və Xəritədə, həmçinin tərəfdaş saytlar şəbəkəmizdə görünə bilər.

Siz nəticələrə görə, məsələn, insanlar biznesinizə zəng etmək, vebsaytınıza getmək və ya mağazanıza istiqamətlər əldə etmək üçün reklamınıza kliklədikdə haqq ödəyirsiniz.

Google zamanla reklamlarınızın təkmilləşdirilməsində kömək edir

Diqqətinizi ən vacib məsələyə - biznesinizin idarə edilməsinə yönəltmək istədiyinizi bilirik. Buna görə də, ağıllı texnologiyamız reklamlarınızı təkmilləşdirmək və daha yaxşı nəticələr əldə etmək üçün yollar tapmaqda kömək edəcək.

Bundan əlavə, reklamlarınızı daha da uğurlu etmək üçün hesabatlar, bilgilər və davamlı məsləhətlər təqdim edəcəyik.

İlk reklamınızı yaradın

Qabaqcıl reklam strategiyaları axtarırsınız?

Reklamlarınızla daha da çox işlər görməyi öyrənmək üçün bütün kampanya növlərimizə və alətlərimizə baxın.