Axtarış Kampanyaları

Bir Google axtarışı qədər uzaqda olun

Google-da gündə milyardlarla axtarışla siz Axtarış reklamlarından istifadə edərək potensial müştərilərin brendinizi görməsini, təkliflərinizi nəzərdən keçirməsini və müvafiq tədbir görmələrini təmin edə bilərsiniz.

Axtarış kampanyası üçün vebsaytınıza trafik gətirmək və ya satışları, yaxud potensial müştərilərin sayını artırmaq kimi bir hədəf seçəcəksiniz.

Klikləmə Üzrə Xərc (PPC) axtarış reklamları ilə siz yalnız reklamınız nəticələr əldə etdikdə, məsələn, insanlar vebsaytınıza getmək və ya biznesinizə zəng etmək üçün reklamınıza kliklədikdə haqq ödəyəcəksiniz.

İndi başlayın

3 addımda başlayın

Axtarış reklamınızı yaradın

Bir neçə dəqiqə ərzində, təklif etdiklərinizi insanlara bildirən mətn reklamı yaza bilərsiniz.

İzləyicilərinizi seçin

İnsanların Google-da axtardığı müvafiq açar sözləri seçməklə potensial müştərilərlə əlaqə qurun.

Büdcənizi təyin edin

Gündəlik büdcə təyin edin və klikləmə üzrə haqq ödəyin. Aylıq maksimal limitinizdən artıq ödəməyəcəksiniz.

Axtarış reklamları ilə düzgün insanlara yetişin

İnsanları hərəkətə keçməyə ruhlandırın

Axtarış reklamınızı qurduqda, nail olmaq istədiyiniz hədəfi seçə biləcəksiniz. Məsələn:

  • Onlayn və ya mağazadaxili satışlarınızı artırmaq
  • Daha çox potensial müştəri əldə etmək
  • Vebsaytınıza trafiki artırmaq

Biznesiniz haqqında əsas məlumatları vurğulayın

Biznes ünvanı, vebsaytınızdakı konkret səhifələrə keçidlər, məhsullara dair rəylər və s. kimi əlavə məlumatlar daxil etmək üçün reklam artırmalarından istifadə edin.

Müvəffəqiyyətə köklənin

Google Ads sizə öz mətn reklamınızın çoxsaylı versiyalarını yaratmaq elastikliyi verir. Bununla da siz hansı versiyanın ən yaxşı nəticələr əldə etdiyini görə bilərsiniz.

Nailiyyətinizi izləyin

İdarə panelimiz vəziyyətinizi göstərəcək. Bundan əlavə, kampanyalarınızı daha da uğurlu etmək üçün hesabatlar, analitik təhlillər və davamlı məsləhətlər təqdim edəcəyik.

Axtarış kampanyanızı yaradın

Google Ads kampanya növləri haqqında suallarınız varmı?