Görüntülü Kampanyalar

Daha çox yerdə daha çox insana onlayn yetişin

Görüntülü reklamlar insanlar onlayn axtarış edərkən, YouTube videolarını seyr edərkən, Gmail-i yoxlayarkən və ya mobil cihazlar və tətbiqlərdən istifadə edərkən biznesinizi tanıtmağa kömək edə bilər.

Google Görüntülü Reklam Şəbəkəsi milyonlarla vebsayt, xəbər səhifələri, bloqlar və Gmail və YouTube kimi Google saytları ilə bütün dünyadakı internet istifadəçilərinin 90%-nə yetişir.

İndi başlayın

3 addımda başlayın

Kampanyanızı yaradın

Təklif etdiklərinizi nümayiş etdirmək üçün mətndən istifadə edin və ya mətnlə təsvirləri bir araya gətirin.

Müştərilərinizə yetişin

Maraqlar və demoqrafiya haqqında bilgilərimizlə harada reklam etmək istədiyinizi seçin.

Büdcənizi təyin edin

Büdcə haqqında qərar verin və nəticələrə, məsələn, insanların veb səhifənizi ziyarət etmək üçün reklamınıza klikləməsinə görə haqq ödəyin.

Müştərilərlə sevimli saytlarında və tətbiqlərində əlaqə qurun

Reklam məqsədlərinizə çatın

Görüntülü kampanyaların əhatə dairəsi genişdir və sizə bu məqsədlərdə kömək edə bilər:

  • Brendinizi tanıtmaq
  • Məhsul haqqında məlumatlılıq yaratmaq
  • Satışları artırmaq
  • Daha çox potensial müştəri əldə etmək

Düzgün formatı seçin

İnteraktiv elementlərin və animasiyanın olduğu qrafik və ya multimedia reklamları, sadə mətnli banner reklamları, Gmail-də fərdi reklamlar və mobil tətbiqlərdə görünən təsvir reklamları arasında seçim edin.

Düzgün insanlara yetişin

Açar sözlər, demoqrafik məlumatlar, məkan və təkrar marketinq kimi optimallaşdırma çözümlərimizlə daha çox potensial müştəri ilə əlaqə qurun. İnsanları brendinizi görməyə, məhsullarınızı nəzərdən keçirməyə və müvafiq tədbir görməyə ruhlandırın.

Müvəffəqiyyətə köklənin

Google Ads sizə kampanya performasını hesablamaq imkanı verir ki siz müvafiq tənzimləmələr edib məqsədlərinizə çatasınız.

Banner reklamları və təsvirləri ilə diqqəti cəlb edin

Görüntülü kampaniyalar haqqında suallarınız varmı?