Tətbiq Kampanyaları

Tətbiqinizi sevəcək insanları tapın

Tətbiq kampanyaları ilə, öz iOS və ya Android tətbiqinizi Google Axtarış, YouTube, Google Play və s.-də reklam edə bilərsiniz. Texnologiyamız sizin təqdim etidiyinizə bənzər tətbiqlərlə maraqlanan izləyicilərə yetişmək üçün Tətbiq reklamlarınızı optimallaşdıracaq.

İndi başlayın

3 addımda başlayın

Tətbiq reklamınızı yaradın

Biz tətbiq məlumatlarınızdan reklamınızı yaratmaqda kömək edəcəyik. Siz həmçinin şəkil və videolar da əlavə edə bilərsiniz.

Büdcənizi seçin

Öz yükləmə başı xərc (tCPI) hədəfinizi və maksimal gündəlik büdcənizi təyin edin və istədiyiniz zaman onları tənzimləyin.

Hədəflərinizi bizə deyin

Siz istifadəçilərin hansı fəaliyyəti icra etmələrini istədiyinizə qərar verin, biz isə reklamınızı düzgün insanlara təqdim edək.

Tətbiqinizi Google-da reklam edin - hər şey bir kampanyada

Hədəfinizi bizə deyin

Tətbiq reklamınızı yükləmələr və ya maraq yaratma üçün optimallaşdıraraq biznesinizə müsbət təsir göstərən fəaliyyətləri icra etmək ehtimalı böyük olan insanlara göstərəcəyik. İnsanların nə etmələrini istədiyinizə qərar verin:

  • Heç bir əlavə fəaliyyətə ehtiyac olmadan sadəcə tətbiqinizi yükləmələri
  • Yaxud məhsul sifariş etmək və ya 2-ci səviyyəni keçmək kimi tətbiqdaxili fəaliyyət göstərmələri

Tətbiq reklamınızı yaradın və önbaxış edin

Biz Play Store və ya App Store-da tətbiq məlumatınızdan, həmçinin təqdim etdiyiniz dörd sətirlik mətndən istifadə edərək reklamınızı yaratmaqda sizə kömək edəcəyik. Reklamınızı şəkillər və ya video ilə daha da fərdiləşdirə bilərsiniz.

Uğurunuzu artırın

Ağıllı Təklif kampanyanızın nailiyyətini proqnozlaşdırmağa və təkmilləşdirməyə kömək edə bilər.

Google ilə Tətbiq reklamlarınızdan daha çox dəyər əldə edin

Reklamlarınızı avtomatik dəyişdirmək və təklifləri tənzimləmək üçün ma.;n öyrənməsindən istifadə edirik ki, reklamınız biznesiniz üçün ən uyğun qiymətə düzgün insanlara göstərilsin. Biz kifayət qədər məlumat (təxminən 100 konversiya) əldə etdikdən sonra reklamlarınızı, təkliflərinizi və büdcənizi optimallaşdıra bilərik.
Daha çox məlumat almaq istəyirəm

Tətbiq kampanyası yaradın

Universal Tətbiq kampanyaları haqqında suallarınız varmı?