Bütün Google Ads hesablarınız bir yerdə.

Bütün Google Ads hesablarınızı vahid bir idarə panelindən monitorinq və idarə edin. Hesablararası kampanya idarəetməsi və hesabatlaşma, girişə nəzarət və təmərküzləşmiş billinq ilə vaxta qənaət edin.

İndi başlayın
diyircək piktoqramı
“Menecer hesabımızda yeni kampanyalar görüntüsü sayəsində biz indi bütün kampanyalarımızı bir görüntüdən idarə edə və optimallaşdıra bilirik.”
Ceremi Leqrand, SEM Direktoru, Kaymu

İŞLƏMƏ PRİNSİPİ

Hesablarınıza dərhal daxil olun.

saat piktoqramı

Bir giriş ilə vaxta qənaət edin.

Menecer hesabınızla (keçmişdə Mənim Müştəri Mərkəzim və ya MMM) Siz idarə etdiyiniz bütün Google Ads hesablarını əlaqələndirə və onlara bir giriş ilə daxil ola bilərsiniz. Hansısa hesabı əlaqələndirmək üçün parol istəməyə ehtiyac yoxdur — yalnız icazə istəyin.

görünümlük piktoqramı

Bütün hesablarınızı bir yerdə görün.

Fərdi hesabları və kampanyaları idarə edin və ya onların hamısına bir yerdə baxın. Hesabları təşkil etmək, avtomatlaşdırılmış qaydalar yaratmaq və siqnallar və e-poçt bildirişləri təyin etmək üçün hesab etiketlərindən istifadə edin. Siz həmçinin gündəlik büdcələri güncəlləməklə və hesablar arasında kampanyalarınızı aktivləşdirmək və ya pauza etməklə də cəld tədbir görə bilərsiniz.

giriş piktoqramı

Giriş və nəzarət təmin edin.

Menecer hesabları daha böyük təşkilati ehtiyaclar nəzərə alınmaqla yaradılmışdır. Digər menecerlərlə girişi paylaşmaq, yeni giriş təmin etmək və kiminsə rolu dəyişdikdə giriş səviyyəsinə nəzarət etmək üçün bitkin sub-menecer hesabları yaradın.

ƏTRAFLI MƏLUMAT

Anlayışlı hesabatlar yaradın

Nəyin işlədiyini görün. İşləməyənləri düzəldin.

dama taxtası piktoqramı

Performansı izləyin və hesabatlar paylaşın.

Bütün hesablarda performansı asanlıqla müqayisə edin və açaq sözüperformansından tutmuş ölçülərin hesabatına qədər hər şey üçün hesabatlar yaradın. Siz hətta hesabatlarınn müntəzəm şəkildə yaradılıb e-poçtla göndərilməsi üçün ayarlarınızı tənzimləyə də bilərsiniz.

qrafik piktoqramı

Hesablararası konversiyanın izlənməsini quraşdırın.

Vahid konversiya kodu hissəsindən istifadə edərək çoxsaylı Google Ads hesablarında konversiyaları izləyin. Bu sizə daha sadə, daha güclühesabatlar yaratmağa, açar sözləri izləməyə, yanlışlıqları minimuma endirməyə və vebsaytınızı sürətləndirməyə imkan verəcək.

Fakturalandırmanızı təmərküzləşdirin

Fakturalandırma çox asanlaşsın.

təşəkkür piktoqramı

Fakturalandırmanı daha əlverişli edin.

Təmərküzləşmiş fakturalandırma agentliklər, resellerlər və böyük reklamçılar üçün bir neçə hesaba aid fakturaları bir aylıq fakturada birləşdirməyin sadə yoludur. Əgər siz müştərilərinizə reklamla xidmət etməyin xərclərini bizə təqdim etsəniz, biz aylıq məsrəf hesabatı təmin edəcəyik ki, burada da hər bir Google Ads hesabı ilə əlaqədar fəaliyyətlər öz əksini tapacaq.

qrafiklər qutusu piktoqramı

Büdcələrin üstündə qalın.

İdarə etdiyiniz bütün hesablar üzrə büdcə güncəlləmələri alın və hansı hesabın menecer hesabı idarəetmə paneli ilə fakturalandığını asanlıqla izləyin. “Büdcə” tabelində bütün idarə etdiyiniz hesablar üzrə məsrəfləri izləməkdə sizə yardım etmək üçün müvafiq fakturalandırma məlumatları göstərilir.

Başlayın.

Menecer hesabları quraşdırın və bütün kampanyalarınızı əlverişli edin.

İndi başlayın