Tez-Tez Verilən Suallar
Google Ads ilə əlaqədar sualınız vamır? Tez-Tez Verilən Suallar və reklam resursları ilə köməyə hazırıq.
Google Ads nədir?
Google Ads (əvvəllər Google AdWords və Google AdWords Express) bizneslərin öz məhsul və xidmətlərini Google Search, YouTube və digər saytlarda təşviq etmək üçün istifadə etdiyi onlayn reklam çözümüdür. Google Ads həmçinin reklamçılara telefon zənglərinin və ya vebsayt ziyarətlərinin sayını artırmaq kimi konkret məqsədlər seçmək imkanı verir. Google Ads hesabı ilə reklamçılar öz büdcə və hədəflərini fərdiləşdirə və istənilən vaxt reklamlarını başlada və ya dayandıra bilər.
Google AdWords və Google AdWords Express nədir?
Google AdWords və Google AdWords Express yeni, təkmilləşdirilmiş Google Ads-in əvvəlki adlarıdır.
Google Ads necə işləyir?
Google Ads insanların təklif etdiyiniz məhsul və xidmətləri onlayn axtardığı zaman reklamınızı göstərməklə işləyir. Ağıllı texnologiyadan səmərəli istifadə etməklə, Google Ads reklamlarınızı potensial müştərilərə onların tədbir görməyə hazır olduğu vaxt göstərməyə yardım edir.
- Vebsaytınıza daha çox ziyarətçi və ya biznesinizə daha çox zəng gətirmək kimi bir məqsəd seçməklə başlayırsınız.
- Sonra reklamınızın göstərilməli olduğu coğrafi ərazini seçirsiniz. Bu, biznesinizin ətrafında kiçik radiuslu bir sahə və ya şəhərlər, rayonlar və ya ölkələr kimi daha böyük bir ərazi ola bilər.
- Nəhayət, reklamınızı yaradacaq və aylıq büdcə həddini müəyyən edəcəksiniz.
Reklamınız təsdiq olunduqdan sonra, hədəf ərazinizdəki istifadəçilərə sizin təklif etdiyinizə bənzər məhsul və ya xidmətləri axtardıqları zaman göstərilə bilər. Siz yalnız istifadəçilər reklamınızı klikləməklə və ya biznesinizə zəng etməklə reklamınıza maraq göstərdiyi zaman haqq ödəyirsiniz.
Google Ads'in hansı müxtəlif növləri var?
Google Ads-in üç əsas növü var:
- Axtarış Şəbəkəsi kampanyaları - adətən mətn formasında olan bu reklamlar kiminsə məhsul və ya xidmətinizə bənzər axtarışlar etdiyi zaman Google Axtarış nəticələri səhifələrində görünə bilər
- Displey Şəbəkəsi kampanyaları - adətən təsvir formasında olan bu reklamlar müştərilərinizin ziyarət etdiyi vebsaytlarda və ya tətbiqlərdə görünür
- Video kampanyalar - adətən 6 və ya 15 saniyəlik videolar formasında olan bu reklamlar YouTube məzmunundan dərhal əvvəl və ya belə məzmun daxilində görünür
Alış-veriş kampanyaları, Tətbiq kampanyaları və s. də daxil olmaqla əlavə qabaqcıl kampanyalar haqqında burada məlumat alın.
CPC (Klikləmə Üzrə Xərc) və ya PPC (Klikləmə Üzrə Ödəniş) Reklamı nədir?
CPC (Klikləmə Üzrə Xərc) və ya PPC (Klikləmə Üzrə Ödəniş) o deməkdir ki, siz yalnız kimsə reklama kliklədiyi zaman haqq ödəyirsiniz.
Digər reklam modellərinə aşağıdakılar daxildir:
- Təəssürat Üzrə Xərc, bu zaman siz reklamınızın neçə dəfə göstərildiyinə (klikləndiyinə deyil) əsasən haqq ödəyirsiniz
- Fəaliyyət Üzrə Xərc, bu zaman siz istifadəçi əvvəlcədən müəyyən olunmuş fəaliyyəti (məsələn, video reklamınıza baxmaq) icra etdiyi zaman haqq ödəyirsiniz
Google Ads neçəyə başa gəlir?
Google Ads xərciniz büdcə ayarlarınızla müəyyən olunur. Google Ads demək olar ki, istənilən büdcə ilə çalışa bilər. Siz yalnız istifadəçilər vebsaytınıza getmək və ya biznesinizə zəng etmək üçün kliklədikdə haqq ödəyirsiniz. Google Ads ilə heç bir minimal xərc tələbi və heç bir tələb olunan müqavilə müddəti yoxdur—reklamlarınızı istənilən zaman dayandıra bilərsiniz. Bir klikin və ya zəngin dəyəri bir neçə amildən asılı ola bilər. Burada ətraflı məlumat əldə edin.
Google-da reklama necə başlaya bilərəm?
Google Ads-a başlamaq üçün bura klikləyərək qeydiyyatdan keçin. Bələdçili quraşdırma prosesimiz cəmi bir neçə addımla ilk reklamınızı yaratmaqda sizə yardımçı olacaq. Qeydiyyatdan keçmək üçün köməyə ehtiyacınız olarsa, Google Ads ekspertlərimiz yeni hesabınızı qurmaqda və hətta ilk kampanyanızı heç bir əlavə xərc olmadan yaratmaqda sizə kömək edə bilər.